+++++++++Sevgi Peçenyası

+++++++++Sevgi Peçenyası
Şirniyyat və Tortlar
10.09.2017 27
Tərkibi:
2.5 st. un
Yarım çq. darçın
110 gr. kərə yağı (kiçik parçalara doğranmış)
1 ədəd yumurta
1 st. şəkər tozu
1 pt. vanil
2 yemək qaşığı qoz
1 çq. qabartma tozu
2 xq. şəkər pudrası və ya şəkər
1 tutam duz
1 st. çiyələk və ya albalı marmeladı

Hazırlanması:
Un və qabartma tozunu qarışdırıb ələyin. Qoz, şəkər pudrası, darçın və duzunu üyüdün və unlu qarışığa töküb qarışdırın. Şəkər və kərə yağını mikserdə krem halına gələnə qədər çırpın, vanil və yumurta əlavə edin qarışdırın unlu qarışığa əlavə edib yaxşıca yoğurun. Xəmiri strech film arasına sarın və möhkəmcə bağlayın soyuducuda 1-2 saat gözlədin. Dinlənən xəmiri oxlov köməyiylə təmiz bir dəzgahda açın. Ürəkli qəliblərlə xəmirdən parçalar qəti iki xəmiri birləşdirəcəyimiz üçün üstdə qalacaq olan ürəkli xəmir parçasının ortasından yumru kiçik bir parça kəsib çıxardın. Yağlı kağız seriyalı soba listinə fasiləli olaraq düzün və soyuducuda 20 dəqiqə gözlədin. 190 dərəcədə isidilmiş sobada 10-15 dəqiqə bişirib soyumağa buraxın. Son olaraq ürəkli xəmirin arasında marmeladı çəkin və yumru dəlik açdığınız ürəkli peçenyeni üstdə qalacaq şəkildə bir-birinə yapışdırın. Şəkər və ya şəkər pudrası səpərək servis edə bilərsiniz.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!