++++++++++++Fincan Keksi

++++++++++++Fincan Keksi
Şirniyyat və Tortlar
10.09.2017 52
Tərkibi:
3 yumurta
1 st. şəkər tozu 
1 st. süd
3 xq. kakao
2,5 st. un
1 pt. vanil
1 pt. qabartma tozu

Üzəri üçün:
pudra şəkəri 

Hazırlanması:
Şəkər və yumurtaları krem halına gələnə qədər mikser ilə çalın. Süd, un, vanil, kakao və qabartma tozu əlavə edib taxta bir qaşıq ilə qarışdırın. Qarışığı böyük boy qəhvə fincanlarının yarısına gələcək şəkildə doldurun. Fincanları uyğun bir qazana yerləşdirin və qazanı fincanların yarısına gələcək qədər ilıq su ilə doldurun. Qazanın üzərini bir mətbəx bezi ilə bağlayın və üzərinə qazanın qapağını möhkəm bağlayın. Su qaynayıncaya qədər yüksək odda, qaynamağa başladıqdan sonra aşağı odda qazanın qapağını heç açmadan 25 dəq. bişirin. Ocağın altını bağlayın və qapağı heç açmadan 15 dəqiqə gözlədin. Üzərinə pudra şəkəri səpərək servis edin.

Qeydlər:
• Kekslərinizin üzərinə krem sıxıb, təzə mövsüm bəhrəsi bəzəyərəkdə xidmət edə bilərsiniz.

• Əgər kekslərə fincandan çıxarıb xidmət etmək istəsəniz fincanları əvvəldən yağlamalısınız.


скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!