Köstəbək Tortu

Köstəbək Tortu
Şirniyyat və Tortlar
10.09.2017 104
Tərkibi
3 yumurta
1 st şəkər tozu
75 qr marqarin
1 paket qabartma tozu
1 paket vanil
2 xq kakao
Aldığı qədər un
İçi üçün
1 paket krem şanti
2 xq damla şokolad
1 st süd
3 ədəd banan
Hazırlanması
Şəkər və yumurtanı bir qaba əlavə edin mikserlə çalın. Ardından marqarini (otaq istiliyində), qabartma tozu, vanil, kakao və aldığı qədər un əlavə edib qatı konsistensiyada keks xəmiri əldə edin. 170 dərəcəlik isidilmiş sobada bişirin. Bişən keksi soyumağa buraxın soyuduqda kənarlarından 2 sm buraxıb ortasını qaşıq köməyiylə oyun. (Keksi parçalamadan düz bir şəkildə) Oyduğunuz hissəyə dilimlənmiş bananları yerləşdirin, krem şantini südlə çırpın içinə damla şokolad istəsəniz şokolad parçaları əlavə edib bananları üstünə əlavə edin. Qaşıqla çıxardığınız keks parçasını urfalayın və krem şantini üzərinə tamamilə bağlayacaq şəkildə çəkin (kremin yapışması üçün yüngül basın).Ən az 2-3 saat soyuducuda gözlədin sonra xidmət edin. 

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!