Asan portağal şirniyyatı

Asan portağal şirniyyatı
Şirniyyat və Tortlar
10.09.2017 34
Ərzaqlar:
250 qr. qatıq
3 yumurta
175 qr. şəkər tozu
225 qr. un
1 çay qaşığı qabartma tozu
Yarım çay qaşığı karbonat
1 portağal
1 limon
Şərbət üçün:
2 su stəkanı su
250 qr.
Şəkər tozu
1 xörək qaşığı limon suyu
1 portağal
Hazırlanması:
Şərbət üçün portağalın qabığını soyun və qabıqları incə doğrayın. Bir qazanda su, şəkər, limon suyu və qabıqları qaynadın. Bir qabda yumurtaları mikserlə çırpın. Qatıq, limon və portağal qabıqlarını sürtkəcdən keçirin, un, qabartma tozu və karbonat əlavə edin. Çırpmağa davam edin. Kərəyağı ilə yağlanmış bir şüşə qaba ya da uyğun bir nimçəyə xəmiri köçürün. 200 dərəcəyə nizamlanmış sobada üzəri qəhvəyi olana qədər təxminən 30 dəqiqə bişirin. İsti şirniyyatın üzərinə soyuq şərbəti tökün. İki saat gözlədin. Sonra süfrəyə verin.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!