Limonlu manna yarması (irmik) tortu

Limonlu manna yarması (irmik) tortu
Şirniyyat və Tortlar
10.09.2017 28
Vəsaitləri:
1 su stəkanı manna yarması (irmik)
1 su stəkanı toz şəkər
Yarım limonun rəndələnilmiş qabığı
1 xörək qaşığı marqarin
5 su stəkanı süd
Yarım limonun suyu

Bəzəmə:
Limon dilimləri

Şiriniyyatın hazırlanması:
Südü qazana lavə edin, daha sonra üzərinə şəkəri də əlavə edin. 
Çox qaynatmadan, davamlı olaraq qarışdıraraq, toz şəkərin əriməsini təmin edin. 
Manna yarmasını (irmik) əlavə edib, orta xodda davamlı olaraq qarışdırmağa davam edin. 
Qatılaşmağa başlayınca, yarım limonun suyunu və rəndələnilmiş limon qabığını əlavə edin.
Daha sonra marqarini əlavə edin. 
Yaxşıca qarışdırıb, ocaqdan götürün. 
25 sm diametrindəki keks qəlibini zərvərəq (folqa) ilə örtün. 
Manna yarmalı (irmikli) qarışığı qəlibə boşaldın. 
Soyuducuda iki-üç saat qaldıqdan sonra soyumasını təmin edin. 
Qəlibdən çıxarıb, rəndələnilmiş limon qabığı və limon dilimləri ilə bəzəyib, xidmət edin.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!