Vişnəli Tort

Vişnəli Tort
Şirniyyat və Tortlar
10.09.2017 154
Vəsaitlər:

Biskivit üçün:
-180 qr yumşaldılmış kərə yağı
-200 qr şəkər tozu
-4 yumurta
-180 qr biskivit 
unu
-85 qr toz badam
-100 ml süd
-1 çay qaşığı qabartma tozu
-3 yemək qaşığı
rəndələnmiş şokolad

Kremi üçün:

-450 ml süd
-60 qr ağ şokolad
-1 yumurta sarısı
-1 çay stəkanı toz şəkər
-2 xörək qaşığı un 
-1 paket vanil
-2 yemək qaşığı nişasta
-1 su stəkanı çəyirdəksiz vişnə

Hazırlanması:
Kərə yağı və şəkəri mikserlə krem halın​​ alana qədər çırpın. Yumurtaları tək-tək əlavə edib çırpmağa davam edin.Un, toz badam, qabartma tozu, rəndələnmiş şokolad və südü əlavə edib qarışdırın. Qarışığı biskivit qəlibinə töküb 180 dərəcəyə 
nizamlanmış sobada təxminən 50 dəqiqə bişirin. Bişdikdən sonra soyumağa qoyun. Daha sonra süd, un, yumurta sarısı, şəkər, vanil, nişasta qazana alın. Orta ocaqda pudinq halına gələnə qədər bişirin. Mikserlə çırparaq soyudun, 3-4 yemək qaşığı qədər ayırın. Qalan kremi vişnələrə əlavə edin və qaşıqla qarışdırın.Biskiviti eninə ortadan ikiyə kəsib vişnələri və kremi arasına əlavə edin.Biskivitin üzərinə ayırdığınız kremi və 40 qr ağ  şokoladı əridib vişnələridə yarısına qədər şokolada batırın. Yağlı 
kağız üzərində donmaya buraxın. Vişnələridə keksin üzərinə yerləşdirib fıstıq səpib servis edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!