++++++++Şokoladlı Manna Şirniyyatı

++++++++Şokoladlı Manna Şirniyyatı
Şirniyyat və Tortlar
10.09.2017 20
Vəsaitlər:
1 litr süd
Yarım çay stəkanı portağal suyu
10 yemək qaşığı manna
2 yemək qaşığı rəndələnilmiş portağal qabığı
10 yemək qaşığı şəkər tozu 

Üzəri üçün:
80 gr bitter(qara) şokolad
1 çay stəkanı krem
Rəndələnilmiş portağal qabığı və ya qoz

Hazırlanması:
Süd, portağal suyu, manna və şəkər tozunu bir qazana qoyun orta atəşdə davamlı qarışdıraraq qaynayana qədər bişirin. Qaynamağa başlayınca rəndələnmiş portağal qabığını əlavə edib ocaqdan alın. Su ilə isladılmış qaba qarışığı əlavə edin və otaq temperaturuna gələnə qədər gözlədin. Soyuducuya qoyaraq ən az 2 saat gözlədin. Kremi kiçik bir sous qazanında qaynatmadan isidin.Şokoladları kiçik parçalara bölüb kremə əlavə edin və əriyənə qədər qarışdırın. Şiriniyatı qabından çıxardıb,üzərinə şokolad sousu töküb,rəndələnilmiş portağal qabığı və ya rəndələnmiş qoz ilə bəzəyin.

Nuş olsun! 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!