Kakaolu Pudinqli Keks

Kakaolu Pudinqli Keks
Şirniyyat və Tortlar
10.09.2017 43

Vəsaitlər:
3 yumurta
2 su stəkanı şəkər
1,5 su stəkanı süd
yarımstəkandan biraz artıq duruyağ
2 su stəkanı un
1 paket vanil
1 paket qabartma tozu
4 yemək qaşığı kakao

Üzəri üçün:
2 paket kakaolu pudinq
4 su stəkanı süd

Keksi islatmaq üçün:
1 su stəkanı süd

Hazırlanması:
Əvvəlcə yumurta və şəkəri ağarıncaya qədər çırpın. Daha sonra süd və duruyağı əlavə edərək 1 dəqiqə daha çırpın. Ayrı bir yerdə qarışdırdığınız un, vanil, qabartma tozu və kakaonu qarışığa əlavə edərək keks xəmirini hazırlayın. Hazırlanmış xəmiri keksqabına tökərək əvvəldən istilətdiyiniz 170 dərəcədəki sobada bişirin.
Keksi sobadan götürdükdən 5 dəqiqə qədər sonra 1 su stəkanı süd ilə isladın.
4 su stəkanı süd ilə bişirdiyiniz iki paket pudinqi keksin üzərinə yayaraq soyumasını gözləyin və soyuduqdan sonra soyuducuya qoya bilərsiniz. Üzərinə hindqozu səpərək xidmət edə bilərsiniz.

Nuş Olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!