Fındıqlı Tort

Fındıqlı Tort
Şirniyyat və Tortlar
10.09.2017 24
Vəsaitləri.
6 kvadrat nazik xəmir 
6 biskvit 
1 su stəkanı iri çəkilmiş fındıq 
1 çay stəkanı pudra şəkəri
Krem üçün. 
4 yumurtanın sarısı 
1.5 su stəkanı süd 
1.5 şorba qaşığı un
1 şorba qaşığı qarğıdalı nişastası 
1 çay stəkanı toz şəkər
1 limonun rəndələnilmiş qabığı
Hazırlanışı.
Xəmirləri yüngül üst üstə gələcək şəkildə yerləşdirib barmaq uclarınızla basdıraraq yapışdırın. Üzərlərini çəngəllə bəzən ara-ara deşin və kağızla birlikdə soba tavasına yerləşdirin. Əvvəldən isidilmiş 180 dərəcəyə nizamlı sobada 10-15 dəqiqə bişirin. Sobadan çıxarıb soyumağa buraxın. Xəmirin kənarlarını kəsərək düzəldin. Yumurta sarıları və şəkəri qazana alıb köpük-köpük olana qədər çırpın. Un və limon qabığını əlavə edib çırpmağa davam edin. Südü yavaş-yavaş əlavə edin. Az atəşdə davamlı qarışdıraraq tündləşənə qədər bişirin. Ocaqdan götürüb mikserlə çırparaq soyudun. Kremi qalın bir qat halında yayıb üst üstə yerləşdirin. Biskvitləri Blendr köməyi ilə un halında əzin. Fındıq və qalan kremi əlavə edib qarışdırın. Tortun kənarlarını fındıqlı krem çəkin. Üzərinə pudra şəkəri səpin. Dəmir şişi ocağın üzərində qızdırıb şəkərin üzərinə kvadrat şəkillər meydana gətirəcək şəkildə sürtün. Dilimləyin. Fındıqlı tort artıq hazırdır.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!