Günün Ləzizi:Alma Tortu

Günün Ləzizi:Alma Tortu
Şirniyyat və Tortlar
10.09.2017 30
Tərkibi:
3 Stəkan un,
3 Şorba qaşığı qatıq,
1 Böyük paket marqarin (250 Qr.)
1 Çay fincanı pudra şəkəri,
1 Çay qaşığı qabartma tozu.
İçi üçün:
1 Çay fincanı şəkər tozu,
1 Çay fincanı döyülmüş qoz və 1 /2 paket darçın,
4 alma.
İçi:
Qabıqları soyulmuş turş almaları kiçik bir qaba rəndələyin. Bir çay fincanı şəkər tozu ilə su əlavə etmədən (öz suyu ilə) marmelad hazırlayın. İçinə döyülmüş qoz və darçın qataraq qarışdırın. 
Hazırlanması:
Ələnmiş unun ortasını ayırın.
Ərinməmiş yağı, qatığı və pudra şəkərinin yarısını unun ortasına qoyaraq qaşıqla yaxşıca əzin.
Ətrafından un qataraq bir xəmir yoğurun.
Bu xəmirdən qoz böyüklüyündə parçalar qopararaq əldə top kimi yumrulayın.
Yuvarlanan xəmirinin ortasını çuxurlaşdırın və hazırladığınızdan bir az içinə qoyub yenə ətrafındakı xəmiri əl ilə üstə yığaraq bağlayın.
Hazırladığınız xəmirləri bağlanılan üzləri üstə yağlanmış nimçəyə yerləşdirin.
Orta istilikdəki sobada çəhrayı rəng sahəyə qədər bişirin.
Qaba düzün. Xidmət edin.


скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!