+++++++++Yerkökü tortu

+++++++++Yerkökü tortu
Şirniyyat və Tortlar
10.09.2017 12
Ərzaqlar: 

Yerkökü tortu: 200qr un

1 çay qaşığı qabartma tozu

50qr şəkər tozu 

50qr qoz

100qr kərə yağı

 4 yumurta




Krem: 

500qr Mascarponi pendiri

1 iri və ya 2 balaca yumurta

4-5 xörək qaşığı pudra şəkər



Hazırlanması

Qozu bıçaqla doğrayırıq.

Yerkökünü sürtgəcdən keçiririk. Yağı əvvəlcədən doğrayıb hazır qoyumuşuq. Sonra yumurtaları sarısını ağından ayırırıq, sarısını, kərə yağını və balı mikserlə qarışdırırıq, ağını şəkər tozu ilə köpük parıldayana kimi qarışdırırıq, unu qabartma tozu ilə qatıb əlavə edirik və qaşıqla qarışdırırıq, yumurtanın ağını əlavə edib qaşıqla azca qarışdırırıq. Sonra qozu, yerkökünü əlavə edirik. 

Xəmiri iki hissəyə bölüb soba qabına yerləşdiririk. Çünki iki korj lazımdır. Diamteri 20 yağlayıb unlayırıq və 170 dərəcədə sobaya bişməyə qoyuruq 50-50 dəqiqə.

Hazır olduqdan sonra korjların arasına və üstünə kremi çəkirik, kakao ilə bəzəyib qoyuruq soyuducuya 2-3 saat. 

Krem çox asan hazırlanır, yumurtanı sarısını  ağından ayırırıq, ağını köpük olana kimi qarışdırırıq, sarısını və pudra şəkəri mascarponi pendiri ilə qarışdırırıq və ağını əlavə edib sonda 20-30 saniyə mikserlə yenə qarışdırırıq. Krem hazırdır.

NUŞ OLSUN!!!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!