+++++++Şokoladlı Krem Karamel

+++++++Şokoladlı Krem Karamel
Şirniyyat və Tortlar
10.09.2017 2
 
Tərkibi üçün lazım olanlar:

315 ml süd

185 ml krem

4 yumurta sarısı

60 qr toz şəkər

150 qr bitter şokolad




Karamel üçün

185 qr toz şəkər

185 ml su




Su və şəkəri tavaya götürüb orta atəşdə tündləşib karamel halını alana qədər qaynadın. Krem karamel qablarına paylaşdırın. Süd ilə kremi sous qazanına alıb qaynadın. Şokoladı kiçik parçalara bölüb içinə əlavə edin və əriyənə qədər qarışdırın. Yumurta sarıları ilə şəkəri mikserlə çırpın və bunu şokoladlı südə əlavə edərək qarışdırın. Qarışığı karamel qablarına paylaşdırın. Qəlibləri dərin bir nimçəyə yerləşdirib yarısına qədər isti su doldurun və 170 dərəcəyə nizamlı sobada 50 dəqiqə bişirin. Krem karamelleri sobadan götürüb otaq istiliyinə gələnə qədər gözlətdikdən sonra soyuducuna alaraq 1 gecə gözlədin. Tərs çevirərək qəlibdən çıxardın və xidmət edin.

Şokoladlı krem karamel artıq hazır, nuş olsun.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!