+++++++++++++Rəngli rulyon tort

+++++++++++++Rəngli rulyon tort
Şirniyyat və Tortlar
10.09.2017 8
Ləzzətinin gözəlliyi qədər, görünüşü də gözəl olan, iştah açan və bütün ailənizin sevərək yeyəcək rəngli bir tort tərifi...
Vəsaitlər:
4 yumurta ağı
4 yumurta sarısı
80 qr toz şəkər
10 ml bal
1 yemək qaşığı su
40 qr un
20 qr kakao
İçi üçün:
200 qr ağ şokolad
3 qr jelatin
75 ml krem
2 yumurta sarısı
3 yumurta ağı 25 qr toz şəkər
Üzəri üçün:
150 ml krem
150 ml bitter şokolad
Ağ şokolad
Çiyələk
Hazırlanması:
4 yumurta ağını kasaya alın.
Mikserlə qar kimi olana qədər çalın.
Başqa bir qabda 4 yumurta sarısı və şəkəri çalın.
Balı və suyu əlavə edin.
Yumurta ağlarını  yavaşca yumurta sarılı vəsaitə yedirin.
Kakao və unu əlavə edib qarışdırın.
Yağlı kağız sərilmiş soba nimçəsinə töküb yayın.
Əvvəldən isidilmiş 160 dərəcə sobada 20 dəqiqə bişirin.
Sobadan alıb üzərinə təmiz bir mətbəx dəsmalı yerləşdirin.
Diqqətlicə rulo şəklində bükün.
3 yumurta ağını quru bir şüşə kasaya alın.
Qar kimi olana qədər mikserlə çalın.
Ağ şokoladı kiçik parçalar şəklində qırın.
Şəkər və kremlə birlikdə şüşə kasaya alıb qarışdıraraq əridin.
Jelatini əlavə edib qarışdırın.
Kasanı isti suyun üzərindən alın.
Çırpılmış yumurta ağlarını əlavə edib yavaş hərəkətlərlə qarışdırın.
Keksi diqqətlicə açıb üzərinə bu vəsaiti yayın
Təkrar rulo şəklində bükün.
Soyuducunda 40 dəqiqə gözlədin.
Kremi qaynama nöqtəsinə gəlmədən istilədin.
Üzərinə şokoladı əlavə edib qarışdırın.
Sobadan götürüb qarışdıraraq ilıqladın.
Soyuducuda qatılaşmasını təmin edin.
Rulo keksin üzərini şokoladlı krem ilə örtün.
Soyuducunda stirahət etdirdikdən sonra süfrəyə verin.
Nuş olsun!
Tərcümə etdi: Aytən Mələkскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!