++++++++++2 ləziz təam

++++++++++2 ləziz təam
Şirniyyat və Tortlar
10.09.2017 11
Şabalıd dolu peçenye[/b]



Tərkibi:
3, 5 su stəkanı un
1 çay stəkanı pudra şəkəri
1 yumurta
1 çay stəkanı qatıq
1 paket vanil
Yarım paket qabartma tozu
1 çay stəkanı duru yağ
125 qr. marqarin
Şabalıd şəkəri və ya püresi



Hazırlanması:
3, 5 su stəkanı un, 1 çay stəkanı pudra şəkəri, 1 yumurta, 1 çay stəkanı qatıq, 1 paket vanil, yarım paket qabartma tozu, 1 çay stəkanı maye yağ və 125 qr. marqarini yoğurun. Səviyyəyə gələn xəmirdən qoz böyüklüyündə parçalar götürüb, ortasını açacaq şabalıd pürəsi, ya da şəkəri qoyub, bağlayın. 180 dərəcə sobada üzəri qızarana qədər bişirin.




*********************************************************************


Frambuazlı yoqurt şirniyyatı



Tərkibi:
1.5 su stəkanı yağsız qatıq
2 yemək qaşığı krem
3/4 su stəkanı moruq
1.5 yemək qaşığı toz dadlandırıcı
1 paket vanil



Hazırlanması:
Qatıq, krem, dadlandırıcı və vanili bir qabda çırpın. Moruqlardan bir neçə dənə ayırın, qalanını mətbəx robotundan pürə halına gətirin. Moruq pürəsini qatıq qarışığına əlavə edib, qarışdırın və xidmət badələrinə paylaşdırın. Ayırdığınız frambuazlarla üzərini bəzəyib, 1 saat soyuducuda soyutduqdan sonra yeyə bilərsiniz.



[b]Nuş olsun! 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!