Qozlu keks

Qozlu keks
Şirniyyat və Tortlar
10.09.2017 10
Tərkibi:
* 3 ədəd yumurta

* 3/4 su stəkanı toz şəkəri

* 1/2 su stəkanı maye yağ

* 1/2 su stəkanı süd

* 1 paket qabartma tozu

* 1 paket vanil

* 1 su stəkanı qoz içi (Arzuya görə qoz-fındıq, badam də əlavə oluna bilər)

* 2 su stəkanı un



Hazırlanması:

Əvvəlcə bir qabın içində yumurtaları tək-tək qırıb qarışdıraq, daha sonra şəkərini əlavə edin. Yaxşıca qarışdırdıqdan sonra içinə maye yağ, süd əlavə edin. Un, qabartma tozu və vanili ələyərək, əlavə edin. Yaxşıca qarışdırdıqdan sonra qozu əlavə edib, son bir dəfə daha qarışdırın. Yağlanmış, yumru keks qəlibinə xəmiri tökün. 160 dərəcə əvvəlcədən qızdırılmış sobada keksin içi bişənə qədər bişirin. Kibrit çöpü ilə nəzarət etdikdən sonra sobadan götürün, bir az soyuduqdan sonra keks qəlibindən çıxardın. 



Nuş olsun! 

/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!