Qəhvəli və vanilli çubuqlu biskvit

Qəhvəli və vanilli çubuqlu biskvit
Şirniyyat və Tortlar
10.09.2017 9
Tərkibi:

125 qr kərəyağı (otaq istiliyində)

110 qr toz şəkər

1 yumurta

1 paket vanil

250 qr un

2 şirin qaşığı dənəvər qəhvə

3 çay qaşığı isti su

2 yemək qaşığı kakao



Hazırlanması: 

Sobanı 180 dərəcəyə nizamlayın. Qəhvə, kakao və isti suyu kiçik bir qabda qarışdırın. Kərəyağı, şəkər, yumurta və vanili xəmir yoğurma qabına töküb, mikserlə krem halına gələnə qədər çırpın. Ələnilmiş unu əlavə edərək, yoğurun. Xəmiri iki bərabər parçaya ayırın. Yarısına kakao və qəhvə qarışığını əlavə edərək, yoğurun. Hər parçanı 4 bərabər parçaya bölün və unlanmış zəmində yumrulayaraq, 40 sm uzunluğa gətirin. Yağlı kağız silsiləli nimçəyə düzərək, 15 dəqiqə bişirin. Soyuduqdan sonra xidmət edin.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!