Umac halvası

Umac halvası
Şirniyyat və Tortlar
10.09.2017 222
Tərkibi:
600 qr kərə yağı
Umac üçün
1kq un
bir çimdik duz 
200-300qr su
Şirə üçün
1kq pesok
0,5 l su ən əvvəl pesokla suyu şirə üçün qaynatmaq lazımdır. Sonra isə ələnmiş una duzu əlavə edib asta-asta suyu unun üstünə səpə-səpə, əllə ovuşduraraq, umac hazırlanır. Hazırlanmış umac aşsüzəndən əllə sürtərək keçirtmək lazımdır. Aşsüzəndən keçən umacı ələmək, ələnmiş umacı 20 dəqiqə qurutmaq lazımdır. Ələnmiş umacdan bir boşqab un çıxmalıdır. İsinmiş yağa qurumuş umacı töküb qovurmağa başlanmalıdır. Qaşıqla yumurlanmasın deyə umacı əzə-əzə qarışdırmaq lazımdır. Qızılı rəngə çatanda umaca unu əlavə edib, yenidən qovurmaq lazımdır. Şirənin əlavə olunmasının dəqiq vaxtını bilmək üçün umacdan 1 qaşıq şirənin üstünə tökmək lazımdır. Həmin an umac cızz edib qaynayarsa, demək şirəni tökmək olar. Şirəni yaxşı-yaxşı qarışdırıb nimçələrə çəkirik.
Nuş olsun!

/Mənbə:Qadınlar.biz/





 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!