Vişnəli keks

Vişnəli keks
Şirniyyat və Tortlar
10.09.2017 47
Tərkibi:
• 3 yumurta
• 1,5 su stəkanı toz şəkər
• 1 su stəkanı süd
• 3 su stəkanı fındıq unu qarışığı
• 1 su stəkanı duru yağ
• 3 çay qaşığı kakao
• 1 paket qabartma tozu
• 1 su stəkanı nüvəsiz vişnə

Hazırlanması:
Şəkər və otaq istiliyindəki yumurtaları köpük köpük olana qədər çırpın. Duru yağı və ilıq südü əlavə edərək çırpmağa davam edin.
Fındıq unu qarışığı, kakao və qabartma tozunu əlavə edin və axıcı bir xəmir əldə edənə qədər qarışdırın.
Hazırladığınız keks qarışığına vişnələri əlavə edərək sürətlicə qarışdırın.
Keks qəlibinizi yağlayaraq xəmiri köçürün. 180 dərəcə əvvəldən isidilmiş sobada bişirin.
Nuş oLsun...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!