Petty tortu

Petty tortu
Şirniyyat və Tortlar
10.09.2017 22
Tərkibi:
*4 su stəkanı un
*110 qr kərəyağı
*Yarım su stəkanı pudra şəkəri
*1 su stəkanı süd
*1 çay qaşığı qabartma tozu
*50 qr kakao

Plombu üçün:
*3 su stəkanı süd
*4 xörək qaşığı un
*100 ml krem
*1.5 çay stəkanı toz şəkər
*200 qr qırılmış bitter şokolad

Hazırlanması: 
Şirin krakerlər üçün lazımlı vəsaitləri dərin bir qabda yoğurun. Xəmir ələ yapışmayan bir konsistensiya aldıqdan sonra üzərini streç film ilə örtüb soyuducunda 20 dəqiqə gözlədin. Xəmiri dəzgaha alıb kraker incəliyində açın. 20 sm genişliyində 5 yumru kəsin. Hər dairəni yağlı kağız sərdiyiniz nimçəyə sərin. Əvvəldən isidilmiş 170 dərəcəyə nizamlı sobada 20 dəqiqə bişirin. Pudinq üçün süd, unu və toz şəkəri qazanda qarışdırın. Pudinq konsistensiyasına gələnə qədər bişirin. Kremi də əlavə edib qarışdırın. Qazdan alın. Krakeri dəzgaha alın. Üzərinə isti kremi əlavə edib yayın. Şokoladı səpin. 4 qat tamamlanana qədər bu əməliyyatı tətbiq edin. 4. qatın üzərinə qalan pudinqi sürtüb yayın. Qalan şokoladları üzərinə səpin. Tortu qapaqlı bir keks qəlibinə alıb soyuducunda 1 gecə gözlədin. Sabahısı gün dilimləyib xidmət edin.

Nuş olsun!
 
Mənbə: Qadınlar.bizскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!