Portağallı finansye

Portağallı finansye
Şirniyyat və Tortlar
10.09.2017 20
Finansye - üyüdülmüş badam və çalınmış yumurta ağının qarışığından hazırlanan xırda kekslərdir. Bunların hazırlanmasında nə soda, nə qabartma tozu istifadə edilir. 

Tərkibi: 

170 qr. ərinmiş kərə yağı 
130 qr. badam
330 qr. şəkər pudrası
80 qr. un 
1/8 çay qaşığı duz
1 böyük portağalın sürtgəcdən keçirilmiş sedrası 
6 yumurtanın ağı 
Hazırlanması:
Badamı üyüdün.
Yumurta ağlarını yüngülcə çalın. Şəkər pudrası, ərinmiş kərə yağı, portağal sedrası, duz, un və üyüdülmüş badam əlavə edin. Eynicinsli kütlə alınanadək qarışdırın, güclü çalmağa gərək yoxdur. 
Xəmiri yağlanmış formalara tökün (əgər silikon və ya kağız altlıqlardan istifadə edirsinizsə, yağlamaq lazım deyil). 
200 dərəcə qızdırılmış sobada 7-8 dəqiqə, pirojnalar qızılı rəng alanadək bişirin. Sonra sobanı söndürün, qapağını açmadan 10 dəqiqə finansyeləri içəridə saxlayın. 
Sobadan çıxarın. Soyudun.
Süfrəyə çay və ya qəhvə ilə verə bilərsiniz. 
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!