Bankada böyürtkən şirniyyatı

Bankada böyürtkən şirniyyatı
Şirniyyat və Tortlar
10.09.2017 33
Tərkibi: 
2 paket yulaflı biskvit
85 qr kərəyağı
Kremi üçün:
800 qr labne pendiri
1 su stəkanı toz şəkər
1 xörək qaşığı qarğıdalı nişastası
2 paket vanil
3 yumurta sarısı
150 ml krem
1 xörək qaşığı rəndələnilmiş limon qabığı
1 xörək qaşığı limon suyu
Böyürtkən sous üçün:
2.5 su stəkanı böyürtkən
Yarım su stəkanı su
1 çay qaşığı rəndələnilmiş portağal qabığı
1 su stəkanı toz şəkər
55 qr kərəyağı
2 xörək qaşığı misir nişastası
5 xörək qaşığı soyuq su
Hazırlanması:
Sobanı 170 dərəcəyə nizamlayın. Biskvitləri robotta un halına gətirin. Əridilmiş kərəyağını əlavə edib qarışdırın və qabların dibinə basdıraraq paylaşdırın. Labne pendiri, nişasta, vanil və şəkəri mikserlə yaxşıca çırpın. Yumurtaları tək-tək yedirərək çox çırpmadan əlavə edin. Kremi əlavə edib mikserlə bir az daha çırpın. Limon suyu və rəndələnilmiş qabığını əlavə edib spatula ilə altdan üstə doğru qarışdırın. Qarışığı biskvit döşəməsinin üzərinə üstdən boşluq qalacaq şəkildə doldurun. Qabları dərin bir nimçəyə düzün. Nimçəyə qabların yarısına gələcək qədər isti su doldurun və nimçəni sobaya yerləşdirərək 30 dəqiqə bişirin. Sobanıı bağlayaraq 20 dəqiqə içində soyumağa buraxın. Sobadan çıxartdığınız qabların üzərini streç film ilə bağlayaraq ən az 1 saat soyuducunda soyudun. Böyürtkən sousu üçün, su, rəndələnilmiş portağal qabığı və böyürtkənləri qazana götürərək orta qazda qaynadın. Blenderdən keçirərək püre halına gətirin. Şəkər və kərəyağını əlavə edib qarışdırın. Nişastanı bir miqdar su ilə həll etdirib qarışığa əlavə edin və 3-4 dəqiqə bişirin. Qazdan götürərək soyumağa buraxın. Şirinlərin üzərinə böyürtkən sousu doldurun. İstəyə görə krem, böyürtkən və nanə yarpaqları ilə bəzəyərək soyuq xidmət edin.

Nuş olsun 

/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!