Həyat tortu

Həyat tortu
Şirniyyat və Tortlar
10.09.2017 17
Tərkibi:

* 2.5 çay stəkanı + 4 yemək qaşığı un

* 2 su stəkanı toz şəkər

* 1 litr süd

* 2 paket vanil

* 3 yumurta

* 350 qr kedi dili biskvit

* 1 su stəkanı vişnə

* 1 paket vişnə jelesi

* Toz Püstə


Hazırlanması :

Asanca hazırlana bilən tort tərifləri arasında üst sıralardadır. Bir qazana un, toz şəkər və südü töküb orta qazda davamlı qarışdıraraq bişirin. Qazdan götürüb dərhal vanilləri əlavə edin və mikserlə çırpıb soyudun. Qarışığın içinə tək-tək yumurtaları əlavə edin və yaxşıca çırpın. Bucaqlı bir qəlibə kedidili biskvitləri bir sıra düzün. Üzərinə kremin yarısını yayın. Təkrar bir sıra kedi dili biskvit düzüb qalan kremi üzərinə yayın. Üzərini tamamilə vişnələrlə örtüb jeleni paketdəki tərifə görə hazırlayıb vişnələrin üzərinə tökün. Soyuducunda 1-2 saat gözlədin. Üzərinə toz Antep fıstığı səpib xidmət edin.
 
Nuş olsun!  

/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!