Almalı qurabiyə

Almalı qurabiyə
Şirniyyat və Tortlar
10.09.2017 62
Ərzaqlar:
150 qr yumuşamış marqarin (və ya kərə yağı)
1 stəkan duru yağ
1 yumurta
1 su stəkanı qatıq
1 su stəkanı nişasta (olmasada olar)
1 su stəkanından bir az pudra şəkəri
3-3,5 su stəkanı un
1 paket qabartma tozu
İçinə:
3 alma
1,5 çay qaşığı darçın
4 yemək qaşığı şəkər tozu?
Üstü üçün:
2-3 yemək qaşığı pudra şəkəri
Hazırlanması:
Almaları soyub rəndələyin. Şəkərlə birlikdə az odda suyunu çəkənə qədər qovurun. Darçın əlavə edib soyumasını gözləyin.Xəmirə lazım olan ərzağın hamısını qarışdırırıq unu əlavə edib, ələ yapışmayan yumuşaqlıqda xəmir yoğururuq. Xəmiri 5 kündəyə ayırırıq, 30-35 sm ayırıq və kəsirik. Almaları içdən qoyub, bükürük. Bişirmə kağızı səririk, (kağız sərərsək qurabiyələri isti isti çıxartmaq daha asan olur) qurabiyələri düzürük, 170 dərəcədə əvvəlcədən isidilmiş sobada bişiririk. Və sonda üzərində pudra şəkəri səpirik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!