Piroq Xəmiri (Pâte Brisée) - FOTO RESEPT

Piroq Xəmiri (Pâte Brisée) - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 140
Bu piroq xəmirinin əsl adı fransızca pâte brisée-dir (pate brize
oxunur).  Bir çox şirin və duzlu piroqlarda istifadə olunur. Amerikada
bu cür xəmirdən hazırlanan şirin piroqlar olduqca məşhurdur. Ən çox
bəyənilənlərdən, məsəl üçün, alma piroqudur (apple pie) və onun da
əsasını məhz bu xəmir təşkil edir. Xəmiri hazırlamaq o qədər asandır ki -
əsas olan odur ki, bəzi detallara diqqət yetirilsin. Məsələn, kərə yağı
çooox soyuq olmalıdır. Ümumiyyətlə, bu xəmir soyuğu xoşlayır. Bir az
yağı əridi mi, alınmır. Siz bu xəmiri hazırlayıb soyuducuya qoyun, çünki
tezliklə Amerikanın şirin simvolu - apple pie resepti gələcək!
Piroq Xəmiri (Pâte brisée)
Resept
"Martha Stewart’s Cooking School” kitabından adaptə edilmişdir
Bu reseptlə diametri 23-25sm olan iki ədəd birqatlı, yaxud bir ədəd ikiqatlı piroq hazırlamaq olar.
Ərzaqlar:
2 + 3/4 fincan un (bir fincan = 150 qram)
1 xörək qaşığı şəkər tozu
1 çay qaşığı duz
1 fincan + əlavə 2 xörək qaşığı duzsuz kərə yağı – Yağ mütləq soyuq
halda olmalıdır! Əks halda reseptdəki kimi piroq alınmayacaq. Yağ
0.4sm-lik kiçik parçalara doğranmalıdır (1 fincan=225qr)
7-9 xörək qaşığı buzlu (!) su

Hazırlanması:
Böyük qabda əvvəlcə un, şəkər tozu və duz qarışdırılır. Doğranmış yağ
əlavə olunur,bıçaqla və ya barmaqların ucu ilə qarışdırılır, iri umac
halına salınır. Umac halına salındıqda xəmirin ovuntuları noxuddan bir
qədər iri  olur. Yağ bir qədər diri qalmalıdır - tamamilə ovmayın!
Piroq Xəmiri (Pâte Brisée) - FOTO RESEPT
Daha sonra buzlu su xəmirin üzərinə çilənir. Çəngəllə
qarışdırılır. Xəmirdən bir çimdik götürün - barmaqlarınızn arasında
basıldığında xəmir bitişirsə, deməli hazırdır. Əgər xəmir bitişmirsə bir
qədər də su çiləmək lazımdır. Amma suyu çox tökmək olmaz, çünki xəmir
yapışqan kimi olar. Piroq üçün isə lazım olan xəmir ovulmalıdır.
Hazır xəmir təmiz bir lövhənin üzərinə qoyulur, bir- iki dəfə əllə
yoğrulur, tam bütöv hala gətirilir (əgər xəmir kiçik parçalara ovulubsa
onları toplayıb birgə yoğurmaq lazımdır.) Xəmir 2 hissəyə bölünür, hər 2
hissə əllə yastılanıb qalın dairə formasına salınır. Üzəri mətbəx steçi
ilə kip örtülüb ən azı 1 saat (yaxud da bütün gecə) soyuducuda
saxlanılır. Bu xəmiri 1 aya qədər soyuduca saxlamaq olar, istifadədən
öncə isə xəmir bir qədər isidilməlidir.
Piroq Xəmiri (Pâte Brisée) - FOTO RESEPT
Piroqun xəmiri necə yayılmalıdır?
Vacibdir!!! : Xəmir mütləq soyuq şəkildə
olmalıdır,eləcə də xəmirlə işlərkən otağın tempraturu isti olmamalıdır.
Əks halda isti şəraitdə xəmirin içindəki yağ əriyir və xəmir yumşalanda
onunla işləmək çox çətin olur. Amma xəmir soyuducudan çıxarıldıqdan
sonra 10 dəqiqə kənarda saxlanmalıdır, çünki tam soyuq halda xəmir
yayılsa üzərinə çat əmələ gələcək. Üzəri soyuq olan lövhə üzərində
işləmək lazımdır
(mən xəmirlə mərmər piştaxta üzərində işləyirəm). Əgər xəmir çox
yumşalıbsa onu bir müddət yenidən soyuducuya qoyub sonra yaymaq olar.
Bir sözlə, xəmir soyuq halda ikən tez işləmək lazımdır.
Piroq Xəmiri (Pâte Brisée) - FOTO RESEPT
Piştaxtanın üzərinə bir qədər un səpib əllə yayır və xəmirin bir
hissəsini,yəni dairəvi kündənin birini oxlovla açırlar. Oxlovu xəmirin
ortasından kənarlarına doğru basmaqla yaymaq lazımdır. Xəmir qat-qat
olacaöına görə, üzərində yağ izləri görünəcək. Bu normaldır. Dairəvi
formasını saxlamaq üçün xəmir hər yayılanda 90 dərəcə saat əqrəbi
istiqamətində firladılmalıdır. Çünki birbaşa kənarları yayılarsa o
piştaxtaya yapışar. Yaydıqdan sonra artıq qalan xəmir parçalarını
ayırmaq lazımdır.
Əgər piroq ikiqat hazırlanacaqsa kündənin biri, qalınlığı 33mm,
diametri 32sm –də yayılır. Yayılmış xəmir oxlova dolanır və diametri
22sm olan boşqaba tam açılaraq yerləşdirilir. Boşqab ehmalca piroq
bişiriləcək tavaya qoyulur. Xəmirin üzərinə piroq üçün lazım olan
istənilən qarışıqla doldurula bilər. Sonra isə digər kündə eyni qayda
ilə yayılıb doldurulmuş birinci qatın üzərinə örtülür. Mətbəx qayçısı
ilə hər iki xəmirin kənarları 2.5 sm-də kəsilir,barmaqla sıxılıb
bir-birinə yapışdırılır.
Piroqun kənarları burulur,zövqə görə üzəri bəzədilir və bişirilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!