Almalı tikə resepti

Almalı tikə resepti
Şirniyyat və Tortlar
10.09.2017 29
Sağlam qidalanma deyilincə ağla ilk gələn meyvələrdən biri olan almanın faydaları saymaqla qurtarmaz. Süfrənizdə tez-tez saxlaya biləcəyiniz bir meyvə olan almanı bir də şirniyyat olaraq sınamaq istərsiniz?
Tərkibi:
4 alma
1 paket vanil
50 qr kərə yağı
2/3 su stəkanı toz şəkər
1 çay qaşığı darçın
Xəmiri üçün:
Yarım su stəkanı un
Yarım su stəkanı yulaf əzməsi
1/3 su stəkanı qara şəkər
1/4 su stəkanı əridilmiş kərə yağı
Yarım su stəkanı doğranmış fındıq
Hazırlanması:
Almaların qabıqlarını soyub iri kub şəklində doğrayın və tavaya tökün.
Üzərinə şəkər, vanil, darçın və kərə yağı əlavə edib orta odda bişirin.
Qablara paylaşdırın.
Un, yulaf əzməsi, şəkər, fındıq və kərə yağını bir qabda yaxşıca qarışdırın və almaların üzərinə səpin.
180 dərəcə sobada 20-25 dəqiqə bişirin.
İsti ya da otaq istiliyində, istəyə görə vanilli dondurma ilə təqdim edin.
Nuş olsun!

/Mənbə:Qadınlar.biz/
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!