Ananaslı sadə keks

Ananaslı sadə keks
Şirniyyat və Tortlar
10.09.2017 31
Tərkibi:
*125 qr süd (yarım su stəkanı) 
*75 qr un (yarım su stəkanı) 
*50 qr kərə yağı (3,5 yemək qaşığı)
*4 yumurta sarısı 
*3 yumurta ağı
*1 qəhvə fincanı toz şəkər
*Bir çimdik duz 
*1 çay qaşığı vanil
*3 ədəd suyu süzülmüş ananas konservi 

Hazırlanması:
Unla yumşalmış yağı bir qabın içində yaxşıca qarışdırın. Duz və vanil də əlavə edin. Südü qaynadın yağla qarışmış unu çırpıcı ilə çırparaq südə əlavə edin. Yaxşıca qarışdırıb orta istilili odda 2-3 dəqiqə qaynadaraq bişirin və adun üzərinsən götürün. 2-3 dəqiqə saxlaayın. Yumurta sarılarını tək-tək əlavə edib qarışdıraraq yedirdin. Ananasları süzülmüş şəkildə robotda çəkib püre halına gətirin. Yumurta sarılı qarışığın içinə əlavə edib yaxşıca qarışdırın. Yumurta ağını şəkərlə birlikdə mikserdə çırparaq qar halına gətirin. Bir spatula köməyi ilə yumurta ağlı qarışığını yavaş-yavaş digər qarışığa yedirin. Sufle qablarınızı yaxşıca yağlayıb pudra ilə şəkərləyin. Hazırladığınız içəriyi sufle qablarına doldurub 180 dərəcə sobada 25-30 dəqiqə bişirin. Çıxardıqdan sonra üzərinə pudra şəkəri ilə xidmət edin.

/Mənbə: Qadınlar.biz/
[/b]

[b]
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!