Zəncəfilli qurabiyələr

Zəncəfilli qurabiyələr
Şirniyyat və Tortlar
10.09.2017 37
Tərkibi:
1  su stəkanı qara şəkər
3 çay qaşığı zəncəfil tozu
2  yemək qaşığı şəkərli zəncəfil
2 su stəkanı un
200 qr doğranmış kərəyağı
 1 yumurta


Hazırlanması:
Sobanı əvvəlcədən istilədin. Şəkəri, zəncəfilləri, unu və kərəyağını qarışdırıb qatı bir xəmir əldə edin. Qarışığa yumurtanı da əlavə edin. Əvvəldən yüngülcə unladığınız bir yerdə xəmiri yoğurun. Xəmirdən bir çay qaşığı köməyi ilə parça­lar alıb yumrulayın,daha əvvəldən yağladığınız nimçəyə, aralarında 5 sm buraxaraq yerləşdirin və unladığınız bir çəngəl ilə yüngülcə üstlərinə basdırın. Orta istilikdəki sobada təxminən 25 dəqiqə ya da qəhvərəngi olana qədər  bişirin. Peçenyeləri nimçədə 5 dəqiqə gözlədin daha sonra soyumaları üçün ay­rı bir qaba alın.
/Mənbə:Qadınlar.biz/
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!