Portağallı keks

Portağallı keks
Şirniyyat və Tortlar
10.09.2017 55
Tərkibi: 
1,5 su stəkanı toz şəkər
3 ədəd yumurta
Yarım su stəkanı günəbaxan yağı
1 su stəkanı süd
1 su stəkanı təzə sıxılmış portağal suyu
1 ədəd portağalın rəndələnilmiş qabığı
1 paket qabartma tozu
3 su stəkanı un
1 qəhvə qaşığı darçın

Hazırlanması: 
1,5 su stəkanı toz şəkərlə 3 ədəd yumurta çırpılır. Yarım su stəkanı günəbaxan yağı, 1 su stəkanı süd əlavə olunaraq çırpılır, daha sonra təzə sıxılmış 1 su stəkanı portağal suyu qatılır və 3 su stəkanı un az-az əlavə edilərkən 1 paket qabartma tozu da əlavə edilir. Son olaraq da 1 ədəd portağalın rəndələnilmiş qabığı keks xəmirinə qarışdırılır. Marqarinlə yağlanılmış keks qəlibinə xəmir boşaldılır. Boza konsistensiyasında əldə edilən keks xəmirinin üzərinə 1 qəhvə qaşığı darçın səpilir və əvvəlcədən qızdırılmış 150 dərəcə sobada 50 dəqiqə bişirilir. Üzəri pudra şəkəri ilə bəzənir.


 
Nuş olsun! 
/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!