Qoz peçenyesi ( kamale2 nin istəyi )

Qoz peçenyesi (  kamale2 nin istəyi )
Şirniyyat və Tortlar
10.09.2017 32
Tərkibi:
Xəmir üçün: 
3 yumurta
250 q şəkər tozu
200 q marqarin
1 çimdik duz
2 st. un 
1 ç. q. qabartma tozu  

İçi üçün:
1-2 bank qaynadılmış qatılaşdırılmış süd
qoz (istəyə görə)


Hazırlanması:
Yumurtaları şəkər tozu ilə çalın. Marqarini əridin, otaq temperaturunadək soyudun, yumurtalı-şəkərli qarışığa əlavə edin. Duz, un, qabartma tozu əlavə edin, yaxşıca qarışdırın. Bir qədər soyuducuda saxlayın.
Formanı bitki yağı ilə yağlayın. Çay qaşığı ilə xəmirdən aparıb formaları doldurun. Qapağını bağlayın, bişirin. Kənarlarından çıxan xəmir artıqlarını kəsib aparın. 
Qaynadılmış qatılaşdırılmış südü xırdalanmış qozla qarışdırın, "qoz"ların içini doldurun.


Nuş olsun!  скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!