Çiyələk kremli biskvit

Çiyələk kremli biskvit
Şirniyyat və Tortlar
10.09.2017 12
Tərkibi:

2 su stəkanı un

1 su stəkanı pudra şəkəri

200 qram kərəyağı

2 xörək qaşığı qlükoza

12-13 ədəd yumurta ağı



Çiyələkli krem üçün:

150 qram çiyələk

1 su stəkanı krem

200 qram südlü şokolad (1 paket 80 qram)



Bəzəmək üçün: Çiyələk və pudra şəkəri



Hazırlanması:

Çiyələkli krem üçün kremi qaynadıb ocağdan götürün. Şokolad əlavə edib qarışdırın və soyumağaqoyun. Üzərinə blenderdən keçirilmiş çiyələyi əlavə edin. 1 gün soyuducuda istirahət etdirin. Biskvit üçün un, pudra şəkəri, kərəyağı, qlükoza və yumurta ağını yaxşıca çırpın. Soba nimçəsinə 7 sm diametrində 12 ədəd çevrə qəlib yerləşdirin. Qarışığı qəliblərə paylaşdırıb, əvvəldən isidilmiş 180 dərəcə sobada 20 dəqiqə bişirin. Soyuyuca qəliblərdən çıxarıb 3 ədəd biskvitin arasına əvvəldən hazırladığınız kremdən sürün. Qalan biskvitlərə də eyni əməliyyatı tətbiq edin. Pudra şəkəri səpin. Çiyələklə bəzəyib, daha sonra xidmət edin.



/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!