Vişnəli pudinq

Vişnəli pudinq
Şirniyyat və Tortlar
10.09.2017 39
Tərkibi:

1 su stəkanı su

1 su stəkanı süd

1 xörək qaşığı gül suyu

4 xörək qaşığı şəkər

2 xörək qaşığı nişasta

2 parça damla saqqızı



Sousu üçün:

1 su stəkanı vişnə suyu

1 xörək qaşığı nişasta

1 su stəkanı vişnə

1 xörək qaşığı toz şəkər



Hazırlanması:

İlk olaraq soyuq südü, toz şəkəri, gül suyunu, nişasta və döyülmüş damla saqqızını dərin bir qazana əlavə edib mikserlə qarışdırırq. Daha sonra qazanı ocağın üzərinə qoyub qarışdırmağa davam edin. Qaynayınca ocaqdan götürüb, sousunu hazırlayın.

Bir qazana vişnə suyunu, toz şəkəri, nişastanı əlavə edib mikserlə qarışdırın. Ocağın üzərinə qoyub qarışdırmağa davam edin. Bir daşam qaynadın. Daha sonra bir kup stəkanına əvvəl bir az sousdan, daha sonra pudinqdən qoyun. Bu şəkildə qat-qat doldurun. Pudinqi bir qaba boşaldıb soyuduqdan sonra sousunu tökün. Üzərinə düz bir şəkildə yayıb soyuducuya qoyun. Soyuduqdan sonra xidmətə təqdim edə bilərsiniz.



Nuş olsun! 

/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!