Quru meyvəli keks

Quru meyvəli keks
Şirniyyat və Tortlar
10.09.2017 12
Tərkbi:

Yarım stəkan quru ərik

Yarım stəkan quru üzüm

100 qr. kərə yağı

1 stəkan şəkər tozu

1 stəkan su

Yarım stəkan əzilmiş qoz

3 yumurta

1 çay qaşığı soda

1 çay qaşığı darçın

1 çay qaşığı duz

1,5 stəkan un



Hazırlanması:

Ərikləri orta irilikdə doğrayın və bir qabın içinə tökün. Üstünə kərə yağı, şəkər tozu, duz və qaynar suyu əlavə edərək 5-10 dəqiqə gözləyin.

Daha sonra bu alınmış qarışıma qoz, soda, darçın və yumurtaları əlavə edin. Taxta qaşıq köməyilə qarışdırdıqdan sonra yavaş-yavaş unu əlavə edin. Qabaqcadan isidilmiş 180-lik sobada bişirin. Soyuyunca dilimlər halında, istəsəniz üzərinə pudra şəkəri səpərək xidmət edin.



Nuş olsun! :19:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!