Şokolad çaylı keks

Şokolad çaylı keks
Şirniyyat və Tortlar
10.09.2017 49
Tərkibi:



3 ədəd yumurta

1 su stəkanı toz şəkər

1 su stəkanı maye yağ

1 su stəkanı soyuq dəmli çay

1 paket qabartma tozu

1 çay qaşığı tarçın

4 yemək qaşığı kakao

2,5-3 su stəkanı un



Üzəri üçün:


2 paket südlü şokolad



Hazırlanması:



Yumurta və toz şəkəri dərin bir qabda yaxşıca çırpın. Yağ və çayı əlavə edərək, çırpmağa davam edin.

Qabartma tozu, darçın, kakao və unu əlavə edib qarışdırın. Keks qəliblərini yağlayıb keks xəmirini pay edin.

Əvvəldən isidilmiş 180 dərəcə sobada təxminən 25 dəqiqə bişirin. Südlü şokoladı benmari üsulu əridib keksin üzərində gəzdirin. Şokolad donduqdan sonra xidmət edin.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!