Rosalia tortu

Rosalia tortu
Şirniyyat və Tortlar
10.09.2017 26
 Tərkibi:

* 150 qr. qoz içi 

* 4 yumurta

* 2 yemək qaşığı qəhvə

* 3 yemək qaşığı qaynar su

* 225 qr. kərə yağı (otaq istiliyində) 

* 200 qr. toz şəkər

* 225 qr un 

* 1 paket qabartma tozu
Krem üçün:
* 300 ml. krem

* 1 paket vanil

* 2 yemək qaşığı pudra şəkəri

* Qəhvəli qlazür üçün 5 çay qaşığı isti su 

* 1 yemək qaşığı qəhvə

* 150 qr. pudra şəkəri
Hazırlanması:
Sobanı 180 dərəcəyə nizamlayın. Qoz içini mətbəx üyüdücüsündə yaxşıca üyüdün və yarısını krem üçün ayırın. Keks üçün qəhvə və isti suyu qarışdırın. Kərə yağı və şəkəri bir qabda krem halına gələnə qədər çırpın. Yumurtaları tək-tək əlavə edib çırpmağa davam edin. Un, qabartma tozu və qozu əlavə edib metal bir qaşıq ilə qarışdırın. Qəhvə qarışığını əlavə edib xəmiri iki ədəd 23 sm-lik keks qəlibinə paylaşdırın. Sobada diş təmizləyən batırıldığında təmiz çıxana qədər təxminən 20 dəqiqə bişirin. Sobadan çıxarıb 20 dəqiqə soyutduqdan sonra qəliblərdən çıxarın. Krem, vanil və pudra şəkərini mikserlə qatılaşana qədər çırpın. Ayırdığınız qoz içini əlavə edib yaxşıca qarışdırın. Qlazür üçün qəhvə və suyu bir kasada yaxşıca qarışdırın. Pudra şəkəri əlavə edib bir neçə dəqiqə qarışdırın. Soyuyan keksləri eninə ortadan ikiyə kəsin. Bir parça keksi xidmət edəcəyiniz qaba qoyun. Kremin 1/3'ünü üzərinə yayın. İkinci parça keksi üzərinə yerləşdirib kremin yarısını yayın. Prosesi təkrarlayıb tortu tamamlayın. Ən üstə qəhvəli qlazürü tökərək xidmət edin.



Nuş olsun!  скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!