Almaz qurabiyə

Almaz qurabiyə
Şirniyyat və Tortlar
10.09.2017 35
Tərkibi (20 ədəd):



225 q otaq temperaturunda kərə yağı 

1,5 st. şəkər pudrası

2 yumurtanın sarısı

2 x.q. qaymaq 

2 st. un 

0,5 st. kakao 

1 paket vanil

1 çimdik duz



üzərinə: 

1 st. şəkər tozu 



şokoladlı sous: 

120 q "Bitter" şokoladı

1 x.q. kərə yağı

3 x.q. bal

3 x.q. qaymaq 

 

Xəmir: kərə yağı ilə şəkər pudrasını çalın. Yumurta sarılarını əlavə edib qarışdırın. Qaymaq, un, kakao, vanil, duz əlavə edərək qarışdırın. 



Xəmirdən qoz boyda parçalar ayırıb kündələr tutun. Şəkər tozuna batırıb yağlanmış formaya düzün. Ortalarında barmağınızla oyuq açın. 



Əvvəlcədən 175 dərəcə qızdırılmış sobada bişirin. Sobadan çıxarıb soyudun.



Şokoladlı sous: şokoladı yağla birlikdə su hamamında əridin. Ocağı söndürdükdən sonra bal və qaymağı əlavə edib qarışdırın. Konditer şprisinə doldurub soyumuş qurabiyələrin içini doldurun. 



Nuş olsun! 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!