Ağ şokoladlı ərikli brownie

Ağ şokoladlı ərikli brownie
Şirniyyat və Tortlar
10.09.2017 4
Vəsaitləri:




75 qr kərə yağı

300 qr ağ şokolad

3 yumurta

90 qr pudra şəkəri

2 şirin qaşığı vanil

300 qr ərik

1 portağalın qabığı

200 qr un

1 yemək qaşığı portağal suyu



Hazırlanması:


Kərə yağı və ağ şokoladı kiçik kublar şəklində kəsin. Şüşə kasanın içinə qoyun. Kasanı içində qaynar su olan bir qazanın üzərinə yerləşdirin. Arada taxta qaşıqla qarışdıraraq əriməsini sürətləndirin. Yumurtaları, pudra şəkəri, un və vanili qaba qoyub mikserlə yaxşıca qarışdırın. Küp doğranmış ərik, portağal qabığı və suyunu əlavə edib qarışdırmağa davam edin. Kərəyağlı ağ şokolad qarışığını da qaşıq-qaşıq əlavə edib qarışdırın. Hazırladığınız xəmiri üzərində yağlı kağız olan (seriyası 28X20 ölçüsündə) nimçəyə tökün. Əvvəlcədən qızdırılmış 190 dərəcə sobada 25 dəqiqə bişirin. Soyudub kvadrat şəklində kəsib xidmət edin.




Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!