Vanilli sufle

Vanilli sufle
Şirniyyat və Tortlar
10.09.2017 26
 Ərzaqlar:



12 yumurta
240 ml süd
240 q şəkər tozu
50 q un
15 q kərə yağı
vanil
1 x.q. şəkər pudrası
900 q qaymaq və ya süd



Hazırlanması:



Yumurtanın ağını sarısından ayırın. Ağını xeyli soyudun və qatı köpük əmələ gələnə qədər çalın. Sarısını şəkər tozuyla çalın, un, isti suda həll olunmuş vanil, isti süd əlavə edərək qarışdıra-qarışdıra vam odda qatılaşana qədər bişirin. Bu qarışığı isti-isti nazik axınla çalınmış yumurta ağına əlavə edin, eyni zamanda yumurta ağını çalmaqdan əlinizi saxlamayın. Əvvəlcədən yağladığınız sufle üçün qablara töküb 12-15 dəqiqə 220 dərəcədə sobada bişirin (suflenin həcmi 2-2,5 dəfə artacaq).
Sobadan çıxaran kimi üzərinə şəkər pudrası səpib süfrəyə verin (gecikdirsəniz, sufle yaprıxar). Ayrıca fincanda süd və ya qaymaq verin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!