Almalı qurabiyələr

Almalı qurabiyələr
Şirniyyat və Tortlar
10.09.2017 28
Ərzaqlar:



1 Paket margarin

1 st. qatıq

1 st. şəkər

2 ədəd yumurta sarısı

1 paket vanil

1 paket qabartma tozu

4 ədəd alma

1 st. şəkər

1 çay qaşığı darçın

1 st. qoz və ya fındıq



Hazırlanması:



Almaları soyub, rəndələyin. Kiçik bir qazana qoyun, içinə 1 stəkan şəkəri də qoyub bişirin. Almaların suyu çəkilib, yaxşıca rəng dəyişdirib bişdikdə içinə darçın və qozu də əlavə edib soyumağa qoyun. Dərin bir qabda, marqarin, qatıq, şəkər, yumurta sarısını qarışdırın, içinə qabartma tozu və vanillə qarışdırdığınız unu, ələ yapışmayan bir xəmir əldə edənə qədər əlavə edin və yoğurun. Xəmirdən bir yumru parça qoparıb oxlov ilə dairə şəklində açın. Bu dairəni 8-ə bölün, geniş ucuna almalı qarışığı qoyub, siqaret börəyi kimi bükün. 180 dərəcə sobada yüngül qızarana qədər bişirin. Bir az soyuduqda üzərinə pudra şəkəri səpərək xidmət edin.
 
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!