"Təcili" pirojnalar

Şirniyyat və Tortlar
10.09.2017 103
                     [/b][b]Bəzən tez-tələsik şirniyyat hazırlamaq lazım gəlir. Bu zaman hazır xəmirlər dada yetir.
Tərkibi



6 ədəd milföy xəmiri (yaxud qat-qat yağlı xəmir)

4 yumurtanın sarısı

150 q şəkər pudrası

200 q qaymaq

2-3 damcı vanil essensiyası



Üzərinə:

meyvə, yaxud kakao



Milföy xəmirlərini xırda keks qablarının içinə əlinizlə basdıraraq döşəyin. Çəngəllə bir neçə yerdən deşikləyin. 160 dərəcə qızdırılmış sobada qızaranadək bişirin. Bişəndən sonra çıxarıb soyudun.



Əgər həddən artıq şişiblərsə, ilıq olanda bıçaqla artıq hissələrini kəsib çıxarın.



Yumurta sarıları və şəkər pudrasını möhkəm çalın (5 dəqiqə). Sonra mikserin sürətini ən aşağı həddə gətirib qaşıq-qaşıq qaymaq və vanili əlavə edin. Qarışdırdıqdan sonra bişmiş kekslərin içinə doldurun. Üzərini təzə giləmeyvə və ya şokoladla bəzəyə bilərsiniz.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!