Portağallı qurabiyələr

Portağallı qurabiyələr
Şirniyyat və Tortlar
10.09.2017 11
Portağallı qurabiyələrƏrzaqlar :



125 qr. marqarin 

Yarım st. duru yağ

Yarım st. şəkər tozu

2,5 st. un

1 portağal qabığı rəndəsi (rəndənin ən incə yerindən rəndələnmiş)

Yarım st. incə çəkilmiş qoz

Arzuya görə 1 çq. vanil



Portağallı qurabiyələrHazırlanması :



Otaq istiliyindəki kərə yağı ya da marqarini portağal qabığı rəndəsini və şəkəri yaxşıca qabarmış krem kimi olana qədər mikserinizle qarışdırın. İçinə ələnmiş unu, istəsəniz vanil də əlavə edib qarışdırın. Qozu də əlavə edərək xəmir halına gətirin. Əgər xəmir halına gəlmirsə, bu mərhələdə bir az duru yağ, bir az süd əlavə edərək tutmasını təmin edin. Yumşaqca bir xəmir olacaq. Xəmiri 2-3 sm qalınlığında uzunca qələm şəklində yumrulayın.Taxta üzərində basdıraraq düzbucaqlı şəkli verin. Daha sonra parsoment kağızı və ya alüminium folqaya şəkər kristallarını səpərək düzün. İri şəkər kristallarınız yoxdursa, normal şəkər və ya çəkilmiş qoz, fındıq, badam səpə bilərsiniz. Folqa ilə bağlayıb yarım saat buzxanada soyumasını təmin edin. Daha sonra çıxarıb qalın dilimlər halında kəsərək yağlanılmış nimçəyə düzün. Əvvəldən qızdırılmış 165C dərəcəli sobada kənarları yüngül qızarana qədər, təxminən 20-25 dəqiqə bişirin. 20 dəqiqədə daha qızarmayıbsa, sobanın istiliyini bir az daha artıra bilərsiniz. Bir az qızardıqdan sonra nimçədən götürüb soyumağa qoyun.




Nuş olsun! Portağallı qurabiyələrскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!