Bananlı muffinlər

Bananlı muffinlər
Şirniyyat və Tortlar
10.09.2017 12
Ərzaqlar:



1 ədəd yumurta
3/4 st. şəkər tozu
0.5 st. duru yağ
2 ədəd banan
2 st. un
1 çq. qabartma tozu
1 çq. karbonat(soda)
1 çq. vanil
0.5 st. damla şokolad



Hazırlanması:



Yumurta, şəkər və duru yağı geniş bir kasada taxta qaşıq və ya spatula ilə qarışdırın. Çəngəllə əzilmiş bananları əlavə edib təkrar qarışdırın. Unu başqa bir kasada qabartma tozu, karbonat və vanil ilə birlikdə ələyib qarışığa əlavə edin. Taxta qaşıqla birləşənə qədər qarışdırın. Damla şokoladı əlavə edib yüngül qarışdırdıqdan sonra kağız qoyulmuş muffin qəliblərinə köçürün. İsidilmiş 175 dərəcəli sobada qabarıb qızarana qədər bişirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!