Puf tortu

Puf tortu
Şirniyyat və Tortlar
10.09.2017 11
Tərkibi:

4 yumurta

1 su stəkanı şəkər tozu

1 su stəkanından 2 barmaq əskik duru yağ (3/4 su stəkanı)

1 su stəkanı süd

2 su stəkanı un

1 qabartma tozu, vanil

2 yemək qaşığı dolusu un



Kremi üçün:

3 yemək qaşığı kərə yağı

2 yemək qaşığı un

1 yemək qaşığı nişasta

1 su stəkanına yaxın şəkər

Yarım litr süd

Yarım vanil



Tortu birləşdirərkən:

2-3 ədəd banan

Süd və ya şəkərli qəhvə



Hazırlanması:

Otaq istiliyindəki yumurtaları və şəkər tozunu qabarana qədər yaxşıca çırpın.

Duru yağ əlavə edərək çırpmağa davam edin.

Südü əlavə edib yüngül qarışdırdıqdan sonra kakao, vanil və qabartma tozu ilə birlikdə ələnmiş unu əlavə edib yüngül qarışdırın. 165 dərəcə sobada bişirin.

Keks bişərkən unu qazana alıb yağla qovrulma qoxusu gələnə qədər qovurun.

Süd və şəkəri mikser ilə qarışdırarkən unlu qarışığa əlavə edib qaynayana qədər qarışdıraraq bişirin. Vanil əlave edib ocaqdan götürün və soyumağa buraxın.

Bişən keksdən qəlib və ya stəkanla yumrular kəsin. Qalan keks parçalarını robotdan keçirin.

Bir yumru keksi süd və ya qəhvə ilə yüngül isladın. Üstünə bir qalın dilim banan qoyub soyuyan kremdən əlavə edin. Keks qırıntıları ilə hər tərəfini örtün.

Bütün parçalara eyni əməliyyatı etdikdən sonra soyudub xidmətə hazır hala gətirin.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!