Şokoladlı keks

Şokoladlı keks
Şirniyyat və Tortlar
10.09.2017 56
Ərzaqlar:

100 q kərə yağı

1/2 st şəkər tozu

1,5 st ələnmiş un

3 ədəd yumurta

1 paket qabartma tozu (10 q)

100 q şokalad



Üzəri üçün:

50 q şokolad

Kiçik şokalad çubuqları



Hazırlanması:

Yumşaq kərə yağı ilə şəkər tozunu qarışdırırıq.
 Yumurtanı əlavə edib çalırıq.
Şokoladı xırda doğrayırıq.Doğranmış şokoladı qarışığa əlavə edib qarışdırırıq.Qabartma tozunu və unu əlavə edib yaxşı qarışdırırıq.Diametri 22 sm içi boş olan qabı kərə yağı ilə yağlayırıq.Xəmiri töküb 180 dərəcə qızdırılmış sobada 45 dəqiqəyə bişiririk.Soyuduqdan sonra şokaladı su buxarında əridib keksin üstünə töküb yayıb üstünə kiçik şokolad çubuqlarını səpirik.


Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!