Fındıqlı mini qurabiyələr

Fındıqlı mini qurabiyələr
Şirniyyat və Tortlar
10.09.2017 14
Tərkibi:



125 qr. kərə yağı və ya marqarin (otaq istiliyində)

3/4 su stəkanı pudra şəkəri

1 ədəd yumurta

1/4 su stəkanı qarğıdalı və ya zeytun yağı

3-4 su stəkanı un

1 paket qabartma tozu

3/4 su stəkanı incə qıyılmış və ya maşından keçirilmiş qoz-fındıq



Hazırlanması:



Otaq istiliyindəki yağı və pudra şəkərini bir xəmir yoğurma qabına alıb mikserlə qabarana qədər çırpın. Yumurtanı əlavə edib təkrar çırpıb xəmirə yedirin. 3 su stəkanı unu qabartma tozu ilə birlikdə qarışığın üstünə ələyin. Fındığı və qozu əlavə edib xəmiri əlinizlə yoğurun.

Çox qatı olmayan bir xəmir əldə edənə qədər un əlavəsiylə xəmiri yoğurun. Bütöv bir qozdan daha kiçik parçalar düzəldib yuvarladın, yağlanılmış nimçəyə fasiləli olaraq yerləşdirin. İsidilmiş 170C dərəcəli sobada altı bişib yüngül qızarana qədər bişirin. Arzuya görə pudra şəkəri ələyib, xidmət edin.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!