Pionino keksi

Pionino keksi
Şirniyyat və Tortlar
10.09.2017 35
İçindəkilər:

2 yumurta
1/2 su stəkanı şəkər tozu
1/2 su stəkanı süd
1/2 su stəkanı maye yağ
2 şorba qaşığı kakao
1 paket vanil
1 paket qabartma tozu
1 su stəkanı un



İçindəki ağ pudinq üçün:
2 fincan un
2 fincan şəkər
3 su stəkanı süd
1 paket krem



Digər vəsaitlər:
1,5 su stəkanı soyuq süd
2 şorba qaşığı kakao



Hazırlanması:

Əvvəlcə yumurta ilə şəkər tozu yaxşıca çırpılır. Sonra süd, yağ, qabartma tozu, vanil, kakao, un əlavə edilib qarışdırılır, yağlanmış bişirmək istədiyimiz qaba tökülür. 175 dərəcə sobada bişirilir. Sobadan çıxınca üzərinə süd tökülür. Ağ pudinq üçün: un, şəkər tozu, və südü bişiririk. Bişirdikdən sonra soyumasını gözləyirik. Sonra içinə krem tozunu əlavə edib 5 dəqiqə çırpırıq və ağ pudinqimiz hazırdı. Daha sonra keksimizin üzərinə ağ pudinqi yaxşıca yayırıq. Hava temperaturunda soyuduqdan sonra üzərinə kakao səpirik və pionino keksimiz hazırdı. 



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!