"Balıqqulağı" qəlyanaltısı

Şirniyyat və Tortlar
10.09.2017 9
Tərkibi (5 pay): 



5 yumru bulka

2 yumurta

100 q bişmiş krevetka (bişmiş toyuq ətilə əvəz etmək olar)

50 q qırmızı kürü

mayonez 

duz

bitki yağı 



Bəzək üçün: 



5 bildirçin yumurtası



Bulkaların içinə doldurmaq üçün başqa salatdan da istifadə edə bilərsiniz. 



Bulkaların üst hissəsini kəsin, amma ayırmayın, bitişik qalsın. 



Aşağı hissəsinin içini çıxarın. 



Bulkanın içini bitki yağında qızılı rəng alıncayadək qovurun. 



Yumurtaları sürtgəcin xırda gözündən keçirin. 



Krevetkaları xırda doğrayın. 



Suxarıları, krevetkanı, yumurta və kürünü qarışdırın.



Mayonez əlavə edin. Dadına baxın, lazım gələrsə, duz vurun. 



Bulkaların içinə salatı yığın. Ağzı bağlanmasın deyə diş çöpü ilə bərkidin.



Salatın üstündən, ortadan bişmiş bildirçin yumurtası qoyun, bu, "mirvari" olacaq. Əgər bildirçin yumurtası yoxdursa, toyuq yumurtasını bişirib, ağından oval kəsib qoyun. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!