Ballı və şokoladlı keks

Ballı və şokoladlı keks
Şirniyyat və Tortlar
10.09.2017 20
Vəsaitlər :
3 yemək qaşığı bal
Yarım su stəkanı damla şokolad
4 ədəd yumurta
Bir yarım su stəkanı toz şəkər
125 qram əridilmiş marqarin
Yarım su stəkanı döyülmüş qoz
1 çay qaşığı darçın
1 ədəd portağalın rəndələnilmiş qabığı
1 paket qabartma tozu
3 su stəkanı un



Üzərinə :

1 çay stəkanı pudra şəkəri
1 ədəd portağal



Ballı Və Damla Şokoladlı Keksin Hazırlanması :
Dərin bir qabın içində yumurtaları bir çırpıcı ilə çırpın. Toz şəkər qatıb, çırpmağa davam edin. Marqarin, qoz, bal, damla şokolad, darçın, rəndələnilmiş portağal qabığı və qabartma tozu əlavə edib, qarışdırın. Ən son ələnilmiş unu qatıb, bütün vəsaiti yaxşıca qarışdırdıqdan sonra, yağlanılmış və unlanmış keks qəlibinə boşaldın. Əvvəldən isidilmiş 175 dərəcə sobada nəzarət edərək (keksə  bir dişqurdalayan batırın, dişqurdalayan təmiz çıxırsa bişmiş deməkdir) bişirin.İlıq olduqdan sonra tərs çevirib, xidmət qabına çıxarın və üzərinə pudra şəkəri səpin. Doğranmış portağal qabığı ilə bəzədikdən sonra dilimləyerək xidmət edin.


 /Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!