Köklü peçenye

Köklü peçenye
Şirniyyat və Tortlar
10.09.2017 8
Tərkibi:
 

2.5 su stəkanı un 
100 qr kərə yağı
Yarım çay stəkanı günəbaxan yağı
Yarım çay stəkanı qatıq
1 çay stəkanı toz şəkər 
Yarım paket qabartma tozu 
Yarım paket vanil



İçlik üçün:




Yarım kq kök 
1 su stəkanı iri çəkilmiş qoz
1 çay stəkanı toz şəkər
1 çay qaşığı darçın



Hazırlanması:
 
Dərin bir qaba xəmir üçün lazımlı vəsaitləri töküb qarışdırın və yaxşıca yoğurun. Xəmirin üzərini örtüb 30 dəqiqə saxlayın. Kökləri rəndələyib tavaya alın. 2-3 dəqiqə orta istilik üzərində bişirib toz şəkəri əlavə edin. Şəkər əriyib kök yumşaldıqdan sonra qoz və darçını əlavə edib qazın üstündən götürün və yaxşıca qarışdırın. Soyumağa buraxın. Soyuyan qarışığı süzgəcə alıb suyunun süzülməsini saxlayın. Qaba kağız dəsmal sərib qalan suyunu çəkməsi üçün qarışığı bir müddət gözlədin. Xəmiri unladığınız qaba alıb oxlava köməyi ilə yarım barmaq qalınlığında açın. Üzərinə köklü qarışıqdan yayıb rulo şəklində bükün və yarım barmaq qalınlığında dilimləyin. Yağlı kağız qoyulmuş qaba düzün. Əvvəldən isidilmiş 160 dərəcə sobada 20-25 dəqiqə bişirin. Bir az soyuduqdan sonra xidmət edin.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!