Fəsəli

Fəsəli
Şirniyyat və Tortlar
10.09.2017 92
Lazım
olan ərzaqlar:



700
qr buğda unu, 50 qr şəkər tozu, 15 qr maya, 100 qr ərinmiş yağ, duz.
Hazırlanma
qaydası:
Ələnmiş
una maya, su və duz qataraq bərk xəmir yoğurun. 1,5 - 2 saat isti yerdə
saxlayın. Sonra xəmiri kündələrə ayırın və 4 mm qalınlığında yayın. Yağ sürtərək
layları 5 - 6 qat üst-üstə  yığın. Sonra
layları bükərək eninə kəsin. Öz oxu ətrafında buraraq yastılayın. Beləliklə
balaca kökələr (fəsəlilər) əldə edəcəksiniz. Sonra fəsəlini tavada hər iki tərəfdən
qızardın. Süfrəyə verərkən yanına bal və ya qənd kirşanı səpə bilərsiniz. Süfrəyə
həm isti, həm də soyuq halada verə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!