15 dəqiqəyə hazırlanan milföy xəmir RESEPTLƏRİ

15 dəqiqəyə hazırlanan milföy xəmir RESEPTLƏRİ
Şirniyyat və Tortlar
10.09.2017 16
Lazım olan ərzaqlar:
I Qayda

3 stəkan un
5oo ml mineral su ( məs: Borjomi)
50 qr kərə yağı
1 ç/q duz
II Qayda
200 qr kərə yağı(marqarin də olar)
1 yumurtanın sarısı
100 ml xama
350 qr un
1 çimdik duz

Hazırlanma qaydası:
I Qayda

Öncə kərə yağını su hamamında əridirik. Unu duz ilə qarışdırıb, iki dəfə ələkdən keçiririk. Otaq temperaturunda olan mineral suyu unun üzərinə yavaş- yavaş töküb, xəmir yoğururuq. Xəmir ələ yapışan, yumşaq alınmalıdır. Alınmış xəmiri əlimizlə yumrulayıb, un səpilmiş dəzgahın üzərinə qoyub, ələ yapışmayan, lakin çox da bərk olmayan xəmir alınanadək yoğururuq. Oxlovu unlayıb xəmiri 0,5 sm qalınlığında yayırıq. Üzərinə əridilmiş kərə yağı sürtüb, 2-3 sm enində xətlər kəsirik. Xətləri üst-üstə qoyub, rulet formasında bükürük. Ruleti unlanmış oxlovla yenidən yayıb, qat-qat xəmir əldə edirik. Əgər zamanınız və həvəsiniz varsa yaydığınız xəmirdən yenə 2-3 sm enində xətlər kəsib, üst-üstə qoyub, rulet formasında bükə bilərsiniz. Sonra yenə oxlovla yayıb daha da ləzzətli qat-qat xəmir əldə etmək olar. Lakin vaxt məhdudiyyətiniz varsa, elə bir dəfə də bu prosesləri yerinə yetirmək kifayətdir. Hazır xəmirdən istədiyiniz növ un məmulatı hazırlaya bilərsiniz.

QEYD: İsitifadə etdiyiniz mineral su şüşə qabda olarsa, xəmiriniz daha dadlı və keyfiyyətli alınar.

II Qayda
Unu kərə yağına qatıb, əlimizlə ovaraq, umac hazırlayırıq. Sonra yumurtanın sarısını və xamanı əlavə edirik. Elastik və yumşaq xəmir əldə edənədək yoğururuq. Əgər xəmiriniz bərkdirsə üzərinə bir neçə qaşıq qatıq töküb, yenidən yoğura bilərsiniz. Yox əgər olduqca yumşaqdırsa biraz da un əlavə edin. Hazır xəmiri sellofana büküb, soyuducuda saxlamaq və ya elə həmin andan etibarən istifadə etmək olar. Cəmi 15 dəqiqəyə hazırladığnız qat-qat xəmiri oxlovla yayıb, istənilən şəkili verib, un məmulatları hazırlaya bilərsiniz.

Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!